
Tezz
Əlindən haqsız yerə alınanları geri qaytarmaq istəyi bir insanı qanundan kənar addımlar atmağa vadar edir. Digər tərəfdə isə onu saxlamaq üçün hər şeyə hazır olan qətiyyətli hüquq-mühafizə zabiti dayanır. Hər iki tərəf bir-birinə qarşı mübarizə apararkən həm də sürətlə ötən vaxta qarşı yarışmaq məcburiyyətində qalır.
Hadisələrin düyünü Qlazqodan Londona doğru yüksək sürətlə hərəkət edən və sərnişinlərin həyatını təhlükəyə atan qatarda çözülür. Aakaş Rana ilə antiterror idarəsinin zabiti Arcun Xannanın qarşılaşmasında yalnız bir nəfər qalib gələ bilər.
«Tezz» filmi 2012-ci ildə Böyük Britaniya və Hindistan kinematoqrafçılarının birgə istehsalı ilə çəkilib. Döyüş və cinayət trilleri janrındakı ekran əsərinin rejissoru Priyadarşandır. Baş rolları Acay Devqan, Anil Kapur, Mohalal və Kanqana Ranaut canlandırıb.
«Tezz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 aprel 2012
- Ölkə
- Böyük Britaniya, Hindistan
- Rejissor
- Priyadarşan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- ICG
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 135 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın