
Qara köpək
Beynəlxalq silah alverçisi Qreq Brinner terrorçu dəstələrin başçılarından biri ilə gizli razılaşma əldə edir. Təhlükəli cinayətkarı ələ keçirmək və terrorçuları zərərsizləşdirmək məqsədilə Suriyaya mayor Andrey Rubtsovun rəhbərliyi altında xüsusi təyinatlı dəstə göndərilir. Əməliyyat zamanı Brinner tutulsa da, müttəfiqin gözlənilməz xəyanəti bütün heyətin məhvinə səbəb olur və yalnız mayor sağ qalır.
Bir müddət sonra Rubtsov Rusiyaya qayıdır, lakin keçmişə dair heç bir xatirəsi qalmır. Yaddaşını bərpa etmək və Brinneri yenidən yaxalamaq işində ona beynəlxalq antiterror təşkilatının əməkdaşı Olqa Smirnova dəstək olur. İkili bu qanlı hadisənin arxasındakı həqiqətləri üzə çıxarmaq üçün hərəkətə keçir.
2018-ci il istehsalı olan «Qara köpək» filmi Rusiya və Belarus kinematoqrafçılarının birgə layihəsidir. Ekran əsərinin quruluşçu rejissorları Aleksandr Franskeviç-Laye və Vladimir Yankovskidir. Baş rolları Vladimir Yepifantsev, Karina Razumovskaya, İqor Siqov və Pavel Xarlançuk canlandırıb.
«Qara köpək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2018
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın