
İlkin reaksiya
Təcili tibbi yardım xidmətinin növbəti iş günü uğursuz soyğunçuluq səbəbindən gözlənilməz təhlükə ilə üzləşir. Təcrübəli feldşer Kamilla və həmkarı Herri silahlı cinayətkarlar tərəfindən girov götürülür. Quldurlar yaralanmış qardaşlarının həyatını xilas etməyi tələb edirlər.
Herri təcili yardım maşınını polis patrullarından yayındıraraq şəhər boyu sürdüyü vaxt Kamilla tapança lüləsi altında mürəkkəb tibbi əməliyyatlar icra etməyə məcbur qalır. Lakin qadın qarətçilərin verdikləri vədə əməl edib onları sərbəst buraxacağına inanmır. Kamilla özünün və həmkarının xilası üçün gənc yaralının həyatını qurban vermək qərarı ilə qarşılaşır.
«İlkin reaksiya» (First Response) filmi Kanada istehsalıdır və 2015-ci ildə nümayiş olunub. Triller janrında çəkilmiş ekran əsərinin rejissoru Filipp Qanyondur, baş rollarda isə Danya Ramires, Kristofer Terner, Coris Carski və Adam Batçer çıxış edir.
«İlkin reaksiya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 avqust 2015
- Ölkə
- Kanada
- Rejissor
- Filipp Qanyon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Проф. Двухголосый
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 89 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın