
Mümkünsüz
Kəşmir məsələsinə təsir etmək istəyən pakistanlı ekstremistlər beynəlxalq terror şəbəkəsi ilə əlbir olaraq Sürixdə tətildə olan Hindistan prezidentini nəzarətə götürürlər. Hadisə bir müddət gizli qalır və yalnız dövlət başçısının qızı ölkəsinə zəng etdikdən sonra Hindistanda məsələdən xəbər tuturlar.
Vəziyyəti çətinləşdirən əsas amil məlumatın Hindistanın İsveçrədəki səfirliyindən sızması olur. Problemi yoluna qoymaq üçün dövlət təhlükəsizlik xidmətinin kapitanı Adit Arya jurnalist adı altında Sürixə göndərilir. O, burada iş müqaviləsi ilə şəhərə gələn məşhur müğənni Alişa ilə qarşılaşır.
«Mümkünsüz» (Asambhav) filmi 2004-cü ildə rejissor Raciv Ray tərəfindən çəkilib. Hindistan istehsalı olan bu döyüş və macəra trillerində əsas rolları Arcun Rampal, Priyanka Çopra Conas, Nasiruddin Şah və Sinqh Surendra canlandırıb.
«Mümkünsüz» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın