
Cəbhə xəttində sevgi
İkinci Dünya müharibəsinin çətin dövründə bir-birinə tamamilə zidd iki gəncin yolları kəsişir. Müharibədən bezmiş alman əsgəri Oskar və ravvin qızı Reyçel aralarındakı bütün maneələrə baxmayaraq bir-birinə bağlanırlar.
Oskarın general atası oğlunun sona qədər döyüşməsini tələb edir və gənc əsgər yenidən cəbhəyə yollanır. Sevgilisini bir daha görə bilməyəcəyini düşünən Reyçel isə əvvəlcədən nişanlandığı keşiş Bernard ilə ailə quraraq nasistlərdən gizlənməyə məcbur olur. İki aşiqin sonrakı axtarışları onları addım-addım rus cəbhə xəttinə doğru aparır.
Kanada istehsalı olan «Cəbhə xəttində sevgi» (The Poet) dram filmi 2007-ci ildə rejissor Demian Li tərəfindən çəkilib. Baş rollarda Conatan Skarf, Nina Dobrev, Zakari Bennett və Kim Kouts yer alıb.
«Cəbhə xəttində sevgi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın