
Döşəmədəki qapı
Ted və Marion Koul cütlüyü baş verən yol qəzasında iki oğlunu itirir. Valideynlər sağ qalsalar da, bu faciə onların ailə həyatına sarsıdıcı zərbə vurur. Ərlə arvad kiçik qızlarını böyütməyə çalışırlar, lakin daxili kədər və narazılıq aralarındakı uçurumu daha da dərinləşdirir.
Boşanmağı tezləşdirmək istəyən Ted özünə köməkçi kimi dünyasını dəyişmiş oğullarından birinə çox bənzəyən gənci işə götürür. Lakin bu addım tamamilə gözlənilməz hadisələrə yol açır. Marion ilə gənc köməkçi arasında sevgi münasibəti başlayır və ailədaxili vəziyyət daha da qəlizləşir.
«Döşəmədəki qapı» dram və komediya janrlarında 2004-cü ildə ABŞ-da lentə alınıb. Filmin rejissoru Tod Vilyamsdır, əsas obrazları Ceff Brices, Kim Beysinqer, Con Foster və El Fanninq canlandırıb.
«Döşəmədəki qapı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 iyun 2004
- Ölkə
- ABŞ
- Rejissor
- Tod Uilyams
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 111 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın