
Mən sadəcə səni sevirəm
Makoto tələbəlik həyatının ilk günündə Şidzuru ilə qarşılaşır. Fotoqrafiya ilə maraqlanan gənc öz təcrübəsini yeni rəfiqəsinə öyrədir və onlar vaxtlarının çoxunu universitetin yaxınlığındakı meşədə şəkillər çəkərək keçirirlər.
Makotonun başqa bir qızla münasibət qurması onların dostluğuna təsir edir. İncik düşən Şidzuru gələcəkdə çox cazibədar bir qadın olacağını və oğlanın buna görə peşmanlıq çəkəcəyini iddia edir. Günlərin birində Şidzuru ad günü hədiyyəsi kimi fotomüsabiqə üçün birgə öpüşməyi xahiş edir. Həmin andan sonra gənc qız gözlənilmədən yoxa çıxır.
«Tada, kimi wo aishiteru» filmi 2006-cı ildə Yaponiyada istehsal olunub. Rejissoru Takehiko Şincyo olan bu melodramda baş rolları Aoi Miyazaki, Hiroşi Tamaki, Munetaka Aoki və Saori Ban canlandırıb.
«Mən sadəcə səni sevirəm» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 oktyabr 2006
- Ölkə
- Yaponiya
- Rejissor
- Takehiko Shinjo
- Keyfiyyət
- 720p
- Tərcümədə
- STEPonee, Həvəskar birsəsli
- Müddət
- 116 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın