
Səma və dəniz
Taleləri bir-birinə bənzəməyən üç gəncin yolları gözlənilmədən kəsişir. Pa-da anasını tez itirib və atası tərəfindən böyüdülüb, lakin iyirmi yaşına çatdıqda evi tərk etmək məcburiyyətində qalır, çünki ögey anası ona nifrət edir. Ha-nıl isə altı yaşlı uşağın əqli inkişaf səviyyəsinə, eyni zamanda musiqi istedadına və inanılmaz rəqəm yaddaşına malikdir. Üç il əvvəl orkestr üzvü olan valideynləri sərxoş sürücünün səbəb olduğu qəzada həlak olduqdan sonra o, evində pişiklə tək yaşayır, violin çalır və pizza sifariş edir.
Onların sırasına erkən yaşda valideynlərini və bacısını itirmiş kimsəsiz Çin-qu da qoşulur. Gənc oğlan dolanışığını təkbaşına təmin etməyə çalışır və əksər vaxtlar gecələməyə belə sığınacaq tapa bilmir. Bu üç fərqli gəncin görüşü onların hər birinin həyatını tədricən dəyişməyə başlayır.
«Səma və dəniz» (Haneulgwa bada) filmi 2009-cu ildə Cənubi Koreyada istehsal olunub. Dram və melodram janrındakı ekran əsərinin quruluşçu rejissoru O Dal-qyondur. Əsas rolları Çan Na-ra, Hyon Cyu-ni, Yu A-in və Kim Hyon-suk canlandırıblar.
«Səma və dəniz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 28 oktyabr 2009
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- O Dal-qyun
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar birsəsli
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın