
Pekində itənlər
Ping guo adlı gənc qadın orta yaşlı iş adamı Lin Dunun sahib olduğu «Qızıl ləyən» ayaq masajı salonunda çalışır. Bir gün spirtli içkinin təsirində olan qadınla müdiri arasında yaxınlıq baş verir və bu hadisəyə onun göydələnlərdə şüşə silən əri An Kun təsadüfən şahidlik edir. Çox keçmədən qadının hamilə olduğu məlum olur.
An Kun baş verənlərdən pul qazanmaq qərarına gələrək Lin Dun qarşısında tələb irəli sürür. O, ya təzminat tələb edir, ya da zorakılıq ittihamı ilə rəsmi şikayət ərizəsi yazacağını bildirir. Beləliklə, dörd nəfərin taleyi mürəkkəb bir münasibətlər zəncirində kəsişir.
«Pekində itənlər» (Ping guo) adlı Çin istehsalı dram filmi 2007-ci ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Li Yüydür, əsas rolları isə Fan Binbin, Tun Davei, Toni Lyun Ka-Fay və Eleyn Tszin canlandırıb.
«Pekində itənlər» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın