
Gizli qalmaqal
XVIII əsrin sonlarında Çoson dövrünü yaşayan Koreyada zadəganlar ciddi qaydalara tabedir. Cəmiyyətdə təqvalı xanım təəssüratı yaradan Ço əslində gizli intriqaların mahir ustasıdır. Həyat yoldaşının gənc və məsum So Oku kəniz götürmək istədiyini öyrənən xanım Ço qisas almaq qərarına gəlir. O, bu məqsədlə bacarıqlı qadın ovçusu olan əmisi oğlu Ço Vona nikahdan əvvəl qızın namusuna toxunmağı təklif edir.
Bu hiylə ilə razılaşan Ço Von özü üçün daha çətin bir hədəf də seçir. O, hədsiz dərəcədə dindar və təmiz reputasiyası ilə tanınan dul qadın xanım Suku yoldan çıxarmağı qarşısına məqsəd qoyur. Xanım Ço isə əvəzində söz verir ki, mömin dul qadının təslim olduğunu sübut etsə, onunla bir gecə keçirəcək.
«Gizli qalmaqal» (Seukaendeul - Joseon namnyeo sangyeoljisa) tarixi melodramını Cənubi Koreya rejissoru Li Ce-yon ərsəyə gətirib. 2003-cü il istehsalı olan dram janrlı filmin baş rollarını Pe Yon-cun, Li Mi-suk, Con Do-yon və Co Hyon-ce canlandırıb.
«Gizli qalmaqal» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 oktyabr 2003
- Ölkə
- Cənubi Koreya
- Rejissor
- Li Cə-yon
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Проф. Одноголосый
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın