
Mən sizə daha inanmıram
Əyalətin sənaye şəhərciyində yaşayan sakinlərin günləri fərdi qayğılarla keçir. Sevimli iti Selyodkanı itirən Sonya dərin kədər içindədir, anası isə milis işçisi Yevgeni İvanoviçlə münasibətə başladığından qızının dərdi ilə maraqlanmır. Eyni zamanda vilayətin baş memarı və institut müəllimi Yeqor Vladimiroviç ev işlərini unudub bütün vaxtını yoqaya ayıran arvadı Katya ilə yola gedə bilmir, cütlüyün oğlu Yeqor isə pis qiymətlərinə görə məktəbdən qovulmaq təhlükəsi ilə üz-üzə qalır.
Evdəki problemlərdən başqa, memarın arxasınca ona aşiq olan tələbəsi Anya Timofeyeva düşüb. Qız ona hisslərlə dolu məktublar yazsa da, Yeqor Vladimiroviçin sonuncu məktubu zibil qutusuna atdığını görəndə intihar etmək qərarına gəlir. Boş sahədə özünü asmağa çalışan Anyanı təsadüfən oradan keçən Sonya xilas edir. Bir-birini tanımayan iki qızın bu gözlənilməz qarşılaşması səmimi söhbətlə davam edir.
«Mən sizə daha inanmıram» dram filmi 2000-ci ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissorları Marina Saxarova və İvan Şyoqolyevdir. Baş rolları Vladimir Steklov, Çulpan Xamatova, Nina Şeqoleva və Nina Dvorjetskaya canlandırıb.
«Mən sizə daha inanmıram» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1 mart 2000
- Ölkə
- Rusiya
- Rejissor
- Marina Saxarova, İvan Şşoqolev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın