
Partner
Altı bacının əhatəsində böyüyən Prem qadın xarakterinin bütün incəliklərini dərindən öyrənib. O, bu təcrübəsindən yararlanaraq sevdiyi xanımların diqqətini çəkməkdə çətinlik çəkən kişilərə məsləhətlər verir. Günlərin birində onun yanına rəhbəri Priyaya vurulmuş sadəlövh və yöndəmsiz Bhaskar kömək üçün gəlir.
Prem ilk baxışdan ümidsiz görünən bu xahişi geri çevirmək istəsə də, Bhaskarın inadkarlığı və bacısının təkidləri fikrini dəyişir. Müəllim şagirdinə qadın qəlbini fəth etməyin yollarını göstərdiyi bir vaxtda, özü də şübhəkar jurnalist Neyna ilə münasibət qurmağa çalışarkən çətin sınaqla üzləşir.
2007-ci il istehsalı olan «Partner» filmi Hindistan kinematoqrafçıları tərəfindən komediya və melodrama janrında çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Devid Dhavandır, əsas rolları isə Salman Xan, Qovinda, Lara Datta və Katrina Kaif paylaşıblar.
«Partner» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 iyul 2007
- Ölkə
- Hindistan
- Rejissor
- Devid Dhavan
- Keyfiyyət
- 720p
- Tərcümədə
- ICG
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın