
Sagar Sangam
Ganga adlı gənc ana saxta oğurluq ittihamı ilə həbs edilən əri Ramnathı qurtarmaq üçün Bombeyə üz tutur. Lakin bu gəliş ailə üçün böyük fəlakətlə nəticələnir: qadın ərini həbsdən çıxara bilmir, üstəlik körpəsi də oğurlanır. Çarəsiz və tənha qalan Ganga məbədin nəzdindəki monastıra sığınmalı olur.
Oğurlanmış körpə qadınları və kimsəsizləri dilənməyə məcbur edən fırıldaqçı Çaqan Lalın əlinə satılır. Vəziyyəti anlayan Çaqanın həyat yoldaşı Yaşoda körpəni himayəsinə götürür və ona Qopal adını verir. Tezliklə cinayətkar saxlanılır, qadın isə böyüməkdə olan Qopala yaxşı təhsil vermək arzusu ilə yaşayır.
Hindistan istehsalı olan «Sagar Sangam» dram filminin rejissoru Dulal Quhadır. Ekran işi 1988-ci ildə işıq üzü görüb. Baş rolları Mitxun Çakraborti, Şatruqxan Sinxa, Padmini Kolxapure və Anita Raci canlandırıblar.
«Sagar Sangam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 fevral 1988
- Ölkə
- Hindistan
- Rejissor
- Dulal Quha
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Гумрал
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın