
Şura və Prosvirnyak
1952-ci ilin payızında Şura adlı qadın nazirliklərin birində telefonçu kimi çalışır. Düz sözlü və təmənnasız olduğuna görə rəhbərlik ondan narazıdır, lakin iş yoldaşları ona dərin hörmət bəsləyir. Günlərin birində kollektivə axsaq və yaltaq davranışları olan Prosvirnyak soyadlı yeni bir işçi gəlir. Şura bu adamdan dərhal xoşlanmır, digər əməkdaşlar isə onu ümumiyyətlə ciddi qəbul etmirlər.
Çox keçmədən Prosvirnyak yaltaqlanmağı dayandırır və idarə rəisinin otağına tez-tez ayaq açır. İdarədə bir-birinin ardınca donoslar yazılmağa başlayır. Növbəti böhtan dolu kağıza imza atmaqdan imtina edən Şuranı isə işdən çıxarırlar.
«Şura və Prosvirnyak» tarixi dram filmi rejissor Nikolay Dostal tərəfindən lentə alınıb. SSRİ istehsalı olan bu ekran əsəri 1987-ci ildə nümayiş olunub. Baş rolları Tatyana Rasskazova, Aleksandr Feklistov, Valeri Nosik və Qalina Staxanova canlandırıblar.
«Şura və Prosvirnyak» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1987
- Ölkə
- SSRİ
- Rejissor
- Nikolay Dostal
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın