
Pyaar Ka Saaya
Aviynaş sevdiyi qadın Puja ilə ailə qurur, lakin çox keçmədən amansızcasına qətlə yetirilir. Dərddən sarsılan Pujaya bu çətin vaxtlarda ərinin qardaşı Vimal dəstək olur. Qısa müddət sonra qadın Aviynaşdan hamilə olduğunu öyrənir.
Ölümündən sonra ruhu bu dünyada qalan Aviynaş qatilinin izinə düşür, lakin Pujaya xəbərdarlıq edə bilmir. Ruh Maya adlı bir medium vasitəsilə Puja ilə əlaqə qurmağa çalışır və uzun cəhdlərdən sonra onu gerçəyə inandırır. Məlum olur ki, bu amansız cinayəti sifariş edən məhz yaxın bildikləri Vimaldır.
1991-ci il istehsalı olan «Pyaar Ka Saaya» dram filmi Hindistanda çəkilib və quruluşçu rejissoru Vinod K. Vermadır. Ekran əsərində baş rolları Amrita Sinqx, Rahul Roy, Şiba və Mohniş Behl canlandırıblar.
«Pyaar Ka Saaya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 noyabr 1991
- Ölkə
- Hindistan
- Rejissor
- Vinod K. Verma
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 165 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın