
Dil Aashna Hai
Beşulduzlu oteldə kabare rəqqasəsi işləyən Leyla uşaqlığını yetimxanada keçirib. Uzun müddət yanında böyüdüyü qadını öz doğma anası hesab edən gənc qız, yalnız onun ölüm ayağında etdiyi etirafdan sonra həqiqəti öyrənir. Qadın övladlığa götürüldüyünü bildirdikdən sonra, Leyla bioloji anasını tapmağa və ayrılığın səbəblərini öyrənməyə and içir.
Otel sahibinin yeganə oğlu və qıza vurğun olan Karan, Leylaya anasının axtarışında kömək etmək qərarına gəlir. Cütlüyün apardığı axtarışlar onları Razin adlı qadına tərəf aparır. Razin isə gənclərə on səkkiz il əvvəl kollecdə birlikdə oxumuş üç rəfiqənin hekayəsindən bəhs edir.
Hindistan istehsalı olan «Dil Aashna Hai» filminin rejissoru Hema Malinidir. 1992-ci ilin melodram janrlı ekran əsərində əsas rolları Citendra, Mitxun Çakraborti, Dimpl Kapadia və Amrita Sinqh canlandırıb.
«Dil Aashna Hai» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 oktyabr 1992
- Ölkə
- Hindistan
- Rejissor
- Hema Malini
- Keyfiyyət
- 480p
- Tərcümədə
- SDI Media, Проф. Двухголосый, Формат АВ
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 164 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın