
Məzun qızlar
Buraxılış sinfində oxuyan dörd rəfiqənin yolları gözlənilməz faciə ilə kəsişir. Bu kiçik dəstə gənc tək ana Patti, istedadlı və bacarıqlı şagird Emma, eləcə də ailələri ilə münasibətləri gərgin olan Nikki və Enceladan ibarət idi. Məktəbə gələn qızlar qəfildən Nikkinin öz həyatına qəsd etdiyini öyrənirlər.
Rəfiqələri vəfat edən qızın gündəliyini əldə etdikdən sonra intiharın arxasındakı acı həqiqət üzə çıxır: Nikki hadisədən əvvəlki axşam zorakılığa məruz qalıbmış. Baş verənlər qalan üç qızı bir-birinə daha da bağlayır və onlar ətraflarındakı qəddar mühitə qarşı çıxmaq qərarı verirlər. Patti, Emma və Encela əvvəlcə zorakı davranışı ilə tanınan bir gəncin avtomobilini sıradan çıxarır, sonra isə rəfiqələrinin ölümünə bais olan əsas şəxsi cəzalandırmağı hədəfləyirlər.
ABŞ istehsalı olan dram janrlı «Məzun qızlar» (Girls Town) filmi 1996-cı ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Cim Makkeydir. Baş rolları Lili Teylor, Bruklin Harris, Anna Qreys və Onjanyu Ellis canlandırıblar.
«Məzun qızlar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 yanvar 1996
- Ölkə
- ABŞ
- Rejissor
- Cim Makkey
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar ikisəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 90 dəq.
- Mükafatlar
- qələbə: 2 · nominasiya: 0
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆Sundance Filmmaker Trophy DramaticQalib · 1996
- 🏆Sundance Special Jury RecognitionQalib · 1996
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın