
Zamanın axarı
İnşaat mühəndisi Acay böyük karyera hədəfləri olan iddialı bir insandır. Onun həyat yoldaşı Madhavi isə prinsiplərinə sadiq və səmimi bir qadındır. Bu ailəni bir yerdə saxlayan yeganə bağ kiçik oğulları Bantidir. Lakin xarakterlərin uyuşmaması və bitməyən fikir ayrılıqları ər-arvadı boşanmağa və özlərinə yeni həyat qurmağa vadar edir.
Banti anası və onun yeni həyat yoldaşı həkim Vinodla qalır. Zaman keçdikcə uşaq həm anasının yeni ailəsində, həm də atasının yanında artıq bir yük olduğunu hiss etməyə başlayır. Dərin kədər və diqqətsizlik içində qalan Banti sonda evdən qaçmaq qərarına gəlir.
«Zamanın axarı» (Samay Ki Dhaara) dram filmi 1986-cı ildə Hindistanda istehsal olunub. Ekran əsərinin rejissoru Sisir Misradır. Baş rolları Şatruqxan Sinha, Şabana Azmi, Vinod Mehra və Tina Munim canlandırıblar.
«Zamanın axarı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 dekabr 1986
- Ölkə
- Hindistan
- Rejissor
- Sisir Misra
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 139 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın