
Əziz Frenki
Lizzi anası Nell ilə birlikdə doqquz yaşlı kar oğlu Frenkini böyüdür. Qadın qəddar keçmiş əri Deyvidən qaçmaq üçün ailəsi ilə birlikdə mütəmadi olaraq şəhərləri dəyişir. Onların növbəti məskəni Şotlandiyanın Qrinok şəhəri olur. Atasını heç vaxt görməyən oğlunu incitməmək üçün ana ona atasının «Akkra» adlı gəmidə dənizçi işlədiyini deyir və illər boyu onun adından uşağa məktublar yazır.
Lakin həmin gəminin qəfildən yerli limana bir neçə günlük yan alması vəziyyəti çətinləşdirir. Oğlunun xəyallarını dağıtmaq istəməyən Lizzi çıxış yolu tapmağa məcbur qalır. O, tamamilə tanımadığı bir yad kişini pulla tutur ki, qısa müddət ərzində Frenki üçün dənizdən qayıdan ata rolunu canlandırsın.
Böyük Britaniya istehsalı olan «Əziz Frenki» (Dear Frankie) dram filmi 2003-cü ildə ekranlara çıxıb. Ekran əsərinin quruluşçu rejissoru Şona Auerbakdır. Baş rolları Cerard Batler, Emili Mortimer, Cek MakElhoun və Meri Riqqans canlandırıblar.
«Əziz Frenki» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 may 2004
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Şona Auerbak
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 105 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Jameson People's Choice Award for Best ActressNominasiya · 2005
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın