
Qaid
Vəkil Cay Saksenanın anası bazarda rastlaşdığı İmarti adlı bir qızı evə xidmətçi kimi işə götürür. Çox keçmədən qızın əsl şəxsiyyətini gizlətdiyi üzə çıxır və onu dərhal evdən uzaqlaşdırırlar. Lakin bir neçə gecə sonra həmin qız yenidən onların qapısını döyür və bu dəfə Rai Bahadurun yeganə varisi Prit olduğunu, kimlərinsə onu öldürmək istədiyini söyləyir.
Cay qızın gözəlliyinə valeh olaraq onun sözlərinə inanmaq istəsə də, anası növbəti yalanla üzləşdiyini düşünərək qızı qovur. Polislə əlaqə saxlayan vəkil öyrənir ki, sirli qonağın əsl adı Raqnidir və o, qatillikdə, oğurluqda ittiham olunur. Hüquqşünas qəddar bir cinayətkara, yoxsa təhlükədə olan həqiqi varisə kömək etdiyini anlamağa çalışır.
1975-ci ildə Hindistanda istehsal olunmuş «Qaid» filminin rejissoru Atma Ramdır. Ekran əsərində əsas rolları Vinod Khanna, Leena Chandavarkar, Jayshree T. və Mehmood canlandırıblar.
«Qaid» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın