
Dil Kaa Heera
Gömrük məmuru Racat həmişə qanunun tərəfində duran və prinsiplərindən dönməyən biridir. Həyat yoldaşını vaxtsız itirdikdən sonra onun oğluna və kiçik qardaşına dünyasını dəyişmiş arvadının rəfiqəsi Rupa dayaq durur. Beynəlxalq reyslərdə stüardessa çalışan qadın ailənin hər iki üzvünü xarici səfərlərdən gətirdiyi hədiyyələrlə sevindirir.
Günlərin birində Rupa özü də bilmədən qaçaqmalçıların toruna düşdüyünü öyrənir. Məlum olur ki, o, fərqinə varmadan Sinqapurdan Hindistana brilyant daşınmasına vasitəçilik edib. Dürüst gömrükçünün sevgisini və inamını birdəfəlik itirməkdən qorxan stüardessa vəziyyəti gizlətmək üçün növbəti qanunsuz addımı atır.
1979-cu ildə çəkilmiş «Dil Kaa Heera» hind dram filminin rejissoru Dulal Quhadır. Əsas rolları məşhur kino ulduzları Dharmendra və Hema Malini, həmçinin Abhi Bhattaçarya ilə Prakaş Qill canlandırıb.
«Dil Kaa Heera» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 mart 1979
- Ölkə
- Hindistan
- Rejissor
- Dulal Quha
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Люб. Двухголосый
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın