
Nohurdakı qu quşları
Sovet ordusu kiçik bir Moldova kəndini azad etdikdən sonra yerli sakinlər üçün ümid dolu yeni dövr başlayır. Dörd uşaq böyüdən kənd sakini Ana Pajur müharibədə olan əri Yakobun yolunu səbirsizliklə gözləyir. Ailəsini dolandırmağa çalışan qadına kənddə qalmış yeganə kişi olan axsayan Arion kömək edir; o, çöldə tapdığı sahibsiz bir inəyi Ananın həyətinə gətirir.
Bir müddət sonra Yakob cəbhədən evinə sağ-salamat qayıtsa da, ağır yaralanmış vəziyyətdə olur. Müharibə onun hər iki ayağını əlindən alıb. Doğmalarına qovuşan ailə başçısı və yaxınları bu ağır vəziyyətlə barışaraq həyatlarına davam etmək məcburiyyətində qalırlar.
SSRİ istehsalı olan «Nohurdakı qu quşları» dram filmi 1982-ci ildə rejissor Vasili Paskaru tərəfindən ekranlaşdırılıb. Baş rolları Yevgeniya Tudoraşku, Pyotr Barakçi, Viktor Çutak və Domnikiya Dariyenko canlandırıblar.
«Nohurdakı qu quşları» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1982
- Ölkə
- SSRİ
- Rejissor
- Vasili Paskaru
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın