
Qızıl
XVI əsrdə İtaliya torpaqları dağıdıcı müharibə ilə üz-üzə qalır. Avstriya qoşunları tərəfindən işğal olunan Roma qarət edilir və xarabalığa çevrilir. İstedadlı rəssam Qabrielle işğalçılardan birinin xidmətçisinə çevrildiyi halda, sevdiyi qadın da həmin döyüşçünün cariyəsi olmağa məcbur qalır.
Özünü müdafiə etmək istəyən qadın sonda həmin hərbçini öldürür və buna görə ağır cəzaya məruz qalır. Bir müddət sonra yadelli qüvvələr şəhəri tərk edir. Ağır itkilər və sarsıntılar yaşayan sənətkarın yenidən ilham tapıb yaradıcılığa qayıda bilməsi isə böyük sual altında qalır.
«Qızıl» («Золото») tarixi dram filmi 1993-cü ildə İtaliya və Rusiya kinematoqrafçılarının birgə əməkdaşlığı ilə çəkilib. Ekran əsərinə Fabio Bontsi və Leonid Bits rejissorluq edib. Əsas rolları Franko Nero, Vittoriya Belveder, Aleksandr Abdulov və İnnokenti Smoktunovski canlandırıblar.
«Qızıl» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 oktyabr 1992
- Rejissor
- Fabio Bontsi, Leonid Bits
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 91 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın