
Vətən
Qızılı qumlar, dalğaların səsi və gecə əyləncələri dünyanın dörd bir yanından insanları Hindistanın Qoa sahillərinə toplayır. Bura bəziləri daxili dinclik axtarmaq, bəziləri isə özünü tamamilə itirmək üçün gəlir. Varlı atası ilə mübahisə etdikdən sonra gecənin bir aləmində şəxsi təyyarədən düşürülən Yeva da iradəsindən kənar şəkildə məhz bu torpaqlara ayaq basır.
Atası etdiyi hərəkətə peşman olub qızını axtarmağa başlayana qədər gənc qız artıq fərqli insan talelərinin dolaşıq axınına qarışır. Burada tətilinin son gününü yaşayan və mənəvi aydınlanma arzulayan Makar, evlilikləri dağılmaqda olan ər-arvad, riskli macəralar arxasınca qaçan motosikletçilər və reallıqdan asan qaçış yolu təklif edən yerli satıcı üz-üzə gəlir.
2015-ci il istehsalı olan «Vətən» (Rodina) dram və triller janrında çəkilmiş Rusiya filmidir. Ekran əsərinin rejissoru Pyotr Buslov, baş rolların ifaçıları isə Andrey Smolyakov, Pyotr Fyodorov, Lyubov Aksyonova və Pavel Lıçnikovdur.
«Vətən» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 noyabr 2015
- Ölkə
- Rusiya
- Rejissor
- Pyotr Buslov
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 119 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın