
Professor
Ali təhsilini yenicə bitirən Pritam ağır xəstəlikdən əziyyət çəkən anasının müalicə xərclərini ödəmək üçün təcili iş axtarışına çıxır. Müəllimi ona ev müəllimliyi vakansiyası tapsa da, qəyyum qadın yalnız yaşlı bir pedaqoq tələb edir. Anasını sanatoriyaya yerləşdirmək üçün pula möhtac qalan gənc çarəsizlikdən qoca professor cildinə girərək uşaqların yaşadığı evə yollanır.
İki gənc bacı və onların kiçik qardaşlarına dərs deyən Pritam burada ciddi çətinliklərlə üzləşir. O, qızlardan birinə aşiq olub gənc kimliyi ilə ona qovuşmağa çalışarkən, evi dəmir intizamla idarə edən qəddar xala isə ağsaqqal görkəmli «professora» rəğbət bəsləməyə başlayır.
«Professor» filmi 1962-ci ildə Hindistanda rejissor Lekh Tandon tərəfindən ekranlaşdırılıb. Baş rolları Şammi Kapur, Kalpana, Lalita Pavar və Parvin Çaudhari canlandırıblar.
«Professor» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 may 1962
- Ölkə
- Hindistan
- Rejissor
- Lekh Tandon
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Red Media
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 160 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın