
Həyat işığı
Xalasının evinə qonaq gedən Şyam Sundar orada Kişori adlı gənc qızla tanış olur. Qısa müddətdə bir-birini sevən gənclər ailə qurmaq qərarına gəlirlər. Lakin toy mərasimi baş verən yanğın səbəbindən bədbəxtliklə nəticələnir və bəyin dul bacısı həyatını itirir.
Ailə üzvləri bu ölümü gəlinin gətirdiyi bədbəxtlik kimi qəbul edir. Xüsusilə Şyamın anası təzə gəlinə qarşı sərt və qəddar münasibət göstərməyə başlayır. Evin işlərinə baxan Lilanın və tamahkar qohumların aramsız intriqaları isə Kişorinin yeni ailədəki vəziyyətini daha da dözülməz edir.
Hindistan istehsalı olan «Jeewan Jyoti» dram filmi 1953-cü ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Maheş Kauldur. Baş rolları Şammi Kapur, Şaşikala, Lila Mişra və Çand Usmani canlandırıblar.
«Həyat işığı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1953
- Ölkə
- Hindistan
- Rejissor
- Maheş Kaul
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Nastia
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın