
Dubrovski
Aleksandr Puşkinin yarımçıq qalmış və ölümündən sonra qeydləri arasından tapılmış əsəri şairin vəfatının 100 illiyi ərəfəsində «Lenfilm» studiyası tərəfindən ekranlaşdırılmışdır. Həqiqi hadisələrə əsaslanan bu süjetdə rejissor əsas diqqəti kəndli üsyanına və xalq qəzəbinə yönəltməyi qarşısına məqsəd qoymuşdu.
Əsərin qaralama variantlarında qalan sonluqları araşdıran quruluşçu rejissor film üçün özünəməxsus bir yekun hazırlamışdır. Bu versiyada haqsızlıqlara qarşı ayağa qalxan kəndlilər qəddar mülkədar Troyekurovu cəzalandıraraq qətlə yetirirlər.
1936-cı ildə SSRİ-də istehsal olunmuş «Dubrovskiy» dram filminin rejissoru Aleksandr İvanovskidir. Baş rolları Boris Livanov, Nikolay Monaxov, Qalina Qriqoryeva və Vladimir Qardin canlandırmışlar.
«Dubrovski» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 fevral 1936
- Ölkə
- SSRİ
- Rejissor
- Aleksandr İvanovski
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 75 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın