
Mere Humsafar
Atasının vəfatından sonra yaranan borcları bağlamaq məcburiyyətində qalan kəndli Racu pul qazanmaq üçün Bombeyə üz tutur. Yolpulu tapmadığı üçün meyvə daşıyan yük maşınında gizlənən gənc orada özü kimi gizli səfər edən qaraçı qızı Tarna ilə tanış olur. Əvvəlcə yük avtomobilində, sonra isə qatarda davam edən uzun səyahət onları bir-birinə bağlayır və onlar evlənməyə qərar verirlər.
Lakin yolun sonunda cütlüyü gözlənilməz ayrılıq qarşılayır: Racu qatardan geri qalır, Tarna isə böyük şəhərə təkbaşına çatmalı olur. Bombeyə gələn kimi sevdiyi qızı axtarmağa başlayan gənc aylarla ondan heç bir xəbər ala bilmir. Nəhayət, aylar sonra o, məşhur aktrisa Minakşinin simasında itirdiyi sevgilisini tanıyır.
1970-ci ildə Hindistanda istehsal olunmuş «Mere Humsafar» filminin rejissoru Dulal Quhadır. Ekran əsərində baş rolları Şarmila Taqor, Citendra, Balrac Sahni və Laksmi Çhaya canlandırıblar.
«Mere Humsafar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 oktyabr 1970
- Ölkə
- Hindistan
- Rejissor
- Dulal Quha
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Zee TV
- Müddət
- 153 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın