
Kabuliwala
Əfqanıstandan Hindistana iş dalınca gələn Rəhmət Kəlkətədə məskunlaşır. Burada o, vətənində qoyub gəldiyi qızını xatırladan balaca Mini ilə rastlaşır. Uşaqla qurduğu səmimi münasibət qəriblikdə yaşayan ticarətçinin yeganə təsəllisinə çevrilir, lakin onu təhqir edən şəxsi vurduğu üçün dəmir barmaqlıqlar arxasına düşür.
İllər keçir və azadlığa buraxılan Rəhmət dərhal köhnə dostunu axtarmağa başlayır. Lakin Mini artıq böyüyüb və onu tanıya bilmir. Kişinin düşdüyü kədərli vəziyyəti görən qızın valideynləri ona öz qızının yanına, vətəninə qayıtmaq üçün kömək etmək qərarına gəlirlər.
1957-ci ildə Hindistanda istehsal olunmuş «Kabuliwala» dram filminin rejissoru Tapan Sinxadır. Baş rolları Çhabi Bisvas, Tinku Takur, Radhamohan Bxattaçariya və Manci Dey canlandırıblar.
«Kabuliwala» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 yanvar 1957
- Ölkə
- Hindistan
- Rejissor
- Tapan Sinha
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj
- Müddət
- 116 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 0
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆National Film Award for Best Bengali Feature FilmQalib · 1956
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın