
Vəfasız
Gənc Rupa Bombeyin gecəqondularında sərxoş əmisi ilə birgə yaşayır. Əmisi qızdan davamlı olaraq içki üçün pul tələb edir və ona əziyyət verir. Adətən belə vəziyyətlərdə qonşuları Rac köməyə çatır, qıza borc pul verərək qohumunu sakitləşdirməyə yardım edirdi. Lakin növbəti mübahisə zamanı Rac evdə tapılmır və əmisinin zorakılığına dözə bilməyən Rupa dənizdə canına qəsd etmək qərarına gəlir. O, boğula bilmir və sahildə yuxuya gedir.
Səhər Rupanı dəniz kənarında varlı rəssam Aşok aşkar edir. Qızın gözəlliyinə valeh olan rəssam ona model kimi çalışmağı təklif edir. Zaman keçdikcə onların münasibəti möhkəm dostluğa çevrilir və Aşok Rupa ilə evlənmək istəyir. Lakin bu ərəfədə Rac gözlənilmədən yenidən Rupanın həyatına qayıdır.
1952-ci ildə Hindistanda istehsal olunmuş «Bewafa» filminin rejissoru M.L. Ananddır. Melodram janrında lentə alınan bu ekran əsərində baş rolları Narqis, Aşok Kumar, Rac Kapur və Nilam canlandırıblar.
«Vəfasız» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1952
- Ölkə
- Hindistan
- Rejissor
- M.L. Anand
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Red Media
- Müddət
- 112 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın