
Ayee Milan Ki Bela
Uzun illər ana olmaq arzusu ilə yaşayan ev sahibəsi doğuş zamanı körpəsini itirir. Bu ağır dərddən xəbər tutan xidmətçi Lakşmi fədakarlıq etmək qərarına gəlir. Həmin vaxt əkiz oğlan uşaqları dünyaya gətirən qadın sirri heç vaxt açmayacağına söz verərək körpələrdən birini xanımının dünyasını dəyişən övladı ilə dəyişdirir.
İllər keçdikcə bir-birindən ayrı düşən qardaşlar tamamilə fərqli mühitlərdə böyüyürlər. Rancit var-dövlət içində yaşayıb yüksək təhsil aldığı halda, anası ilə qalan Şyam yoxsulluq çəkir, lakin ətrafdakıların dərin hörmətini qazanır. Yetkinlik çağında rastlaşan qardaşlar aralarındakı qohumluq bağından xəbərsiz dostlaşırlar, lakin hər ikisi eyni qıza aşiq olduqda bu bağ sınağa çəkilir.
Hindistan istehsalı olan «Ayee Milan Ki Bela» dram filmi 1964-cü ildə nümayiş olunub. Melodramın quruluşçu rejissoru Mohan Kumardır. Əsas rolları Racendra Kumar, Sayra Banu, Dxarmendra və Nasir Husseyn canlandırıblar.
«Ayee Milan Ki Bela» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1964
- Ölkə
- Hindistan
- Rejissor
- Mohan Kumar
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 129 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın