
Safar
Tibb tələbələri Nila və Avinaş bir-birinə qarşı dərin hisslər bəsləyirlər. Avinaş maddi çətinlik çəkdiyi üçün sevdiyi qadının daha firavan bir həyat sürməsini arzulayır. Monto Kapura dərs deyən Nila onun böyük qardaşı, iş adamı Şehar ilə tanış olur. Şehar ona aşiq olur və evlənmək niyyətinə düşərək Nilannın qardaşı Kalidasın yanına gedir, lakin Kalidas onu Avinaşa yönləndirir.
Şeharın niyyətini öyrənən Avinaş bu izdivaca razılıq verir. Çox keçmədən Nila ilə Şehar ailə həyatı qururlar. Lakin toy mərasiminə Avinaşın gəlməməsi gənc cütlüyün qəlbində böyük nigaranlıq və narahatlıq yaradır.
1970-ci ildə Hindistanda istehsal olunmuş «Safar» filminin rejissoru Asit Sendir. Melodram janrındakı ekran əsərində baş rolları Raceş Khanna, Şarmila Taqor, Feroz Xan və Aşok Kumar canlandırıblar.
«Safar» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın