
Səndən yaxşı kim var?
Aşok uşaqkən etdiyi dəcəllik ucbatından bacısının kor olmasına görə özünü bağışlaya bilmir. Qızın gözlərini əməliyyat etdirməyə pulu çatmadığı üçün qəribə bir təklifi qəbul edir. Məhəbbət izdivaclarına nifrət edən Sarocini Devi adlı qadın onu işə götürür. Aşok qadının iki kiçik nəvəsinin sevgililəri ilə münasibətini pozmalı, kişilərə nifrət edən böyük nəvəsi Aşı isə ərə getməyə razı salmalıdır.
Aşok tapşırığı uğurla yerinə yetirsə də, Aşaya vurulur. Hiddətlənən Sarocini Devi onun əsl niyyətini üzə çıxarır və gənci qovur. Evə qayıdan Aşok kor bacısı Rupanın təcavüzə uğradığını və intihara cəhd etdiyini öyrənir. Qisas almağa and içən qardaş cinayətkarın axtarışına başlayır.
«Tumse Achha Kaun Hai» filmi 1969-cu ildə Hindistanda rejissor Pramod Çakravorti tərəfindən çəkilib. Komediya və dram janrındakı ekran əsərində baş rolları Şammi Kapur, Babita Kapur, Mehmud və Lalita Pavar ifa ediblər.
«Səndən yaxşı kim var?» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1969
- Ölkə
- Hindistan
- Rejissor
- Pramod Çakravorti
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Проф. Двухголосый
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 168 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın