
Şahzadə Yan Quy Fey
Çin imperatoru Syuantszun sevimli həyat yoldaşının vəfatından sonra dərin kədər içində yaşayır. Hökmdarın vəziyyətindən öz xeyrinə istifadə etmək istəyən bir saray zabiti onun diqqətini kədərli fikirlərdən yayındırmaq üçün mahnı və rəqsləri ilə heyran edən gözəl bir qız tapmaq qərarına gəlir. Həmin zabit ümid edir ki, imperatorun rəğbətini qazanacağı təqdirdə dövlətdə ən yüksək vəzifəyə yüksələcək.
Axtarılan qız tezliklə tapılır və o, hökmdarın hüzuruna gətirilir. Lakin onun saraya qədəm qoyması gözlənilməz çətinliklərə yol açır və hakimiyyət daxilində ciddi problemlərin yaranmasına səbəb olur.
«Yôkihi» adlı tarixi dram filmi 1955-ci ildə Yaponiya və Honq Konq kinematoqrafçıları tərəfindən birgə istehsal edilib. Ekran əsərinin quruluşçu rejissoru Kenci Midzoquti, baş rol ifaçıları isə Maçiko Kyo, Masayuki Mori, So Yamamura və Eitaro Şindodur.
«Şahzadə Yan Quy Fey» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 may 1955
- Rejissor
- Kenji Mizoguchi
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Береговых
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın