
Kupidon bir
Varlı ailənin qızı Mey sevmədiyi Denni ilə nişanlanmaq ərəfəsindədir. Bu izdivacla barışa bilməyən gənc qız nişan mərasimindən qaçaraq sahildə lövbər salmış yad bir yaxtaya sığınır və orada yuxuya gedir.
Səhər gözünü açanda isə yaxtanın artıq açıq dənizdə üzdüyünü görür. Gəmini Tailanda aparmaq tapşırığı alan kapitan Keunqun göyərtədəki bu çağrılmamış qonaqdan heç xəbəri olmayıb. İlk vaxtlar kobud dənizçi ilə şıltaq Mey arasında kəskin narazılıq yaransa da, dəniz səyahəti zamanı nifrət tədricən məhəbbətə çevrilir.
«Oi san yat ho» («Kupidon bir») filmi 1985-ci ildə Honq-Konqda çəkilib. Komediya və melodram janrlarını birləşdirən ekran əsərinin quruluşçu rejissoru Ringo Lamdır. Əsas obrazları Salli Ye, Mark Çen, Yin Cheung Joh və Chi-Shing Chan canlandırıblar.
«Kupidon bir» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın