
Dəli Lori
İngiltərənin kiçik bir şəhərində Meri adlı balaca qız atası Endryu ilə birlikdə yaşayır. Həyat yoldaşının vəfatından sonra Endryu insanlardan uzaqlaşaraq sərt bir adama çevrilib. Günlərin birində qızın sevimli pişiyi xəstələnir, lakin baytar işləyən ata ona kömək etməkdən boyun qaçırır və hətta heyvanın ölməsini istəyir.
Ev heyvanını xilas etmək istəyən balaca Meri şəhər sakinlərinin dəli və cadugər saydığı Lori adlı qadının yanına yollanır. Əslində isə o, təbiətin bəxş etdiyi nadir bir vergiyə sahib, gənc və gözəl bir insandır. Bu qadınla tanışlıq qızın atasını dərindən düşündürür və son vaxtlar ətrafındakılara yalnız kədər gətirdiyini başa salır.
«Dəli Lori» (Bezumnaya Lori) dram filmi 1991-ci ildə SSRİ-də lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Leonid Neçayevdir, əsas obrazları isə Yuozas Budraytis, Zinaida Oborneva, Olqa Zarubina və Viktor Plyut canlandırıb.
«Dəli Lori» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 1991
- Ölkə
- SSRİ
- Rejissor
- Leonid Neçayev
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 0+bütün tamaşaçılar üçün
- Müddət
- 127 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın