
Berlin romanı
Hadisələr Adolf Hitlerin Almaniyada ali hakimiyyətə gəldiyi dövrdə Berlində cərəyan edir. Yapon diplomatının qızı Mitsuko almaniyalı diplomatın xanımına qarşı hisslər bəsləməyə başlayır. Bir müddət sonra diplomatın özü də bu romantik əlaqələrə cəlb olunur və tərəflər arasında üçlü münasibət yaranır.
Üçlük arasında baş verən bu gizli bağlılıq tezliklə dövlət nümayəndələrinin diqqətini çəkir. Hakimiyyət orqanları məsələdən xəbər tutduqda qəhrəmanlar düşdükləri vəziyyətdən yeganə çıxış yolunu ölümdə tapırlar.
1985-ci ildə ekranlara çıxan «The Berlin Affair» filminin rejissoru Liliana Kavanidir. İtaliya, Almaniya (QFR) və Monakonun birgə istehsalı olan dram janrlı bu lentdə baş rolları Qudrun Landqrebe, Kevin Maknelli, Mio Takaki və Hanns Tsişler canlandırıb.
«Berlin romanı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 6 noyabr 1985
- Ölkə
- İtaliya, Almaniya (AFR), Monako
- Rejissor
- Liliana Kavani
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Birsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 118 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın