
The Cemetery Club
Həyat yoldaşlarını itirmiş əlli yaşlı Ester, Doris və Lüsilin kədəri onları bir araya gətirir. Qadınlar müntəzəm olaraq qəbiristanlıqda görüşür, məzarların başında həyatlarından və keçmiş günlərdən danışırlar. Bu görüşlər zaman keçdikcə onların ən böyük vərdişinə çevrilir.
Lakin bir müddət sonra qadınlar daimi hüzn içində yaşamaqdan yorulurlar. Ətrafdakı subay kişilərlə tanış olmaq qərarına gələn rəfiqələr üçün yeni bir mərhələ başlayır. Yenidən sevgi və münasibət axtarışına çıxan qəhrəmanlar gözləmədikləri dərəcədə məzəli hadisələrlə qarşılaşırlar.
ABŞ istehsalı olan «The Cemetery Club» filmi 1993-cü ildə rejissor Bill Dük tərəfindən çəkilib. Komediya və dram janrındakı layihənin əsas rollarında Ellen Börstin, Olimpiya Dukakis, Dayan Ledd və Denni Ayello yer alıb.
«The Cemetery Club» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın