
Fokus
İkinci Dünya müharibəsi illərində Nyu-York şəhəri. Lorens Nyuman yaşlı anası ilə birgə yaşayır və iyirmi ildir kadrlar şöbəsində sıravi işçi kimi fəaliyyət göstərir. İngilis protestant ailəsindən olan bu adam xristian olduğunu iddia edən Qertruda Hart adlı qadını yəhudi hesab edərək işə qəbul etməkdən boyun qaçırır.
Çox keçmədən Lorensin özü eynək taxmağa başlayır və xarici görünüşü səbəbindən rəhbərlik tərəfindən yəhudiyə bənzədilir. Vəzifəsinin aşağı salınması ilə razılaşmayan Lorens işsiz qalır və yeni iş axtarışları nəticəsiz davam edir. Günlərin birində o, başqa bir idarəyə müraciət edərkən yenidən Qertruda ilə üz-üzə gəlir.
«Fokus» dram filmi 2001-ci ildə ABŞ-da rejissor Nil Slavin tərəfindən çəkilib. Baş rolları Uilyam X. Meysi, Lora Dern, Devid Peymer və Mit Louf canlandırıblar.
«Fokus» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 sentyabr 2001
- Ölkə
- ABŞ
- Rejissor
- Nil Slavin
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar ikisəsli
- Müddət
- 106 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın