
Bülbüllər oxuyanda
«Trud» kolxozunda çalışan iki sağıcı qadın arasında əmək yarışı və gərgin münasibətlər yaranır. Təsərrüfatın ən bacarıqlı işçisi Maryana Kudel mühafizəkar sədrin qərarlarını tənqid etdiyi üçün cəza olaraq ən zəif inəklərə baxmağa göndərilir. Rəhbərliyin dəstəklədiyi digər sağıcı Katya Kvitko isə şöhrətə qapılaraq işinə səhlənkar yanaşmağa başlayır.
Katyanın diqqətsizliyi ucbatından fermadakı ən məhsuldar inək tələf olur, gənc qadının həm rəfiqəsi ilə, həm də ona aşiq olan zootexnik Vasili ilə arası dəyir. Bütün çətinliklərə baxmayaraq səhərdən axşamadək çalışan Maryana tezliklə yarışda birinci yerə çıxır, Katya isə geriləyir. Üstəlik, Maryana Vasiliyə qarşı sevgi hissləri bəsləsə də, onun Katya ilə barışmasına kömək edir.
«Kogda payut solovy» («Bülbüllər oxuyanda») filmi 1957-ci ildə SSRİ-də çəkilib. Quruluşçu rejissoru Yevgeni Bryunçugin olan bu melodramda əsas obrazları Nadejda Çeredniçenko, Ada Roqovtseva, Valentin Qrudinin və Yuri Majuqa canlandırıb.
«Bülbüllər oxuyanda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 aprel 1957
- Ölkə
- SSRİ
- Rejissor
- Yevgeni Bryunçugin
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın