
Çobanın oğlu
İnqilabdan sonra muzdurlar bir-bir bəylərin yanından ayrılmağa başlayır. Çoban Durdı da ağasını tərk etmək istəyir, lakin qəzəblənən bəy onun sürüsündən gizlicə qoyunları oğurlatdırır. Sürünü təhvil alan köməkçi çoban Nepes isə Durdını oğurluqda ittiham edir. Baş verən qanlı davada ağır yaralanan Durdı son nəfəsində oğlu Qədəmə atasının qisasını almağı vəsiyyət edir.
İllər keçir və Sovet Türkmənistanında böyüyən Qədəm təcrübəli cərrah olur. O, opera teatrının aktrisası olan Şəkər Nepesovanı sevir və gənclər xoşbəxt gələcək qurmaq istəyir. Lakin oğlunun münasibətindən xəbər tutan ana Ceren böyük sarsıntı keçirir, çünki sevilən qız vaxtilə ərini öldürmüş şəxsin övladıdır.
«Çobanın oğlu» dram filmi 1955-ci ildə SSRİ-də istehsal olunub. Rejissor Rafail Perelşteynin çəkdiyi kinoda baş rolları Altı Karlıyev, Suray Muradova, Bazar Amanov və Maya Quliyeva canlandırıblar.
«Çobanın oğlu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 avqust 1955
- Ölkə
- SSRİ
- Rejissor
- Rafail Perelşteyn
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Müddət
- 77 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın