
Amerikanı qaydaya salıb qayıdaram
Busto Arsitsio şəhərindən olan mühasib Covanni Bonfilyo rəhbərliyinin tapşırığı ilə Nyu-Yorka işgüzar səfərə yollanır. Tapşırıqları bitirib geriyə yola düşməyə hazırlaşarkən ona şirkətin basketbol komandası üçün istedadlı qaradərili idmançı tapıb Varezeyə gətirmək əmri verilir. «Sistemo l'America e torno» filmi bu gözlənilməz və çətin səyahətin gedişatını təsvir edir.
Axtarılan oyunçu Ben Ferqyusson adlı nəhəng bir basketbolçu olur. Lakin o, İtaliyaya uçmağa qətiyyən tələsmir. İctimai fəallıq göstərən idmançı müxtəlif bəhanələrlə səfəri hər gün təxirə salır və italiyalı mühasibi ABŞ-nin yarısını dolaşmağa məcbur edir.
1973-cü ildə çəkilmiş bu İtaliya istehsalı komediya-dram janrlı filmin rejissoru Nanni Loydur. Əsas rolları Paolo Villaco, Sterlinq Sent Jak, Alfredo Ritso və Fernando Çerulli canlandırıblar.
«Amerikanı qaydaya salıb qayıdaram» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın