
Brayan və Çarlz
Uels kəndində tənha yaşayan Brayan günlərini qəribə cihazlar düzəltməklə keçirir. Onun hazırladığı qurğular adətən heç bir işə yaramır. Lakin tullantılar arasından köhnə maneken başı tapan ixtiraçı fərqli hissələrdən özünə Çarlz adlı mexaniki yoldaş qurmaq qərarına gəlir.
Müxtəlif cihazların qalıqlarından toplanmış bu qəribə robot sahibi ilə ünsiyyət qura bilmək üçün lüğət vasitəsilə ingilis dilini öyrənir. Vaxt keçdikcə Çarlzın dərrakəsi inkişaf edir. O, yaradıcısının dörd divarı arasından kənardakı geniş aləmlə maraqlanmağa başlayır.
2022-ci ildə çəkilmiş «Brian and Charles» fantastik komediya filminin rejissoru Cim Arçerdir. Böyük Britaniya istehsalı olan ekran əsərində əsas rolları Devid Erl, Kris Heyuord, Luiza Brili və Cemi Miçi canlandırıb.
«Brayan və Çarlz» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 yanvar 2022
- Ölkə
- Böyük Britaniya
- Rejissor
- Cim Arçer
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, iTunes
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın