
Furia
Latın Amerikası ölkələrindən birində bərqərar olmuş amansız diktatura rejimi insanları tam nəzarətdə saxlayır. Sərt qadağalara baxmayaraq, etirazlarını bildirmək istəyən gənclər gecələr binaların divarlarına rəsmlər çəkməkdən geri durmurlar. Bu üsyankar gənclərdən biri olan Teo gözlərinin rəngi fərqli olan Eliu adlı bir qızla rastlaşır və onların arasında səmimi bir sevgi yaranır.
Totalitar cəmiyyətdə azad hisslərə və saf sevgiyə yer verilmir. Hökumətin cəza maşını gənclərin izinə düşür və qısa müddətdə Eliu həbs edilərək zindana atılır.
Fransa istehsalı olan «Furia» adlı fantastik dram filmi 1999-cu ildə rejissor Aleksandr Aja tərəfindən lentə alınıb. Baş rolları Stanislas Merhar, Marion Kotiyyar, Vadek Stançak və Pyer Vanek canlandırıblar.
«Furia» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 avqust 2000
- Ölkə
- Fransa
- Rejissor
- Aleksandr Aja
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın