
3 ürək
Əyalət şəhərində Parisə gedən qatarı qaçıran Mark gecə vaxtı Silvi ilə rastlaşır. Səhərə qədər küçələri dolaşan cütlük şəxsi həyatları barədə danışmadan bir-birini asanlıqla anlayır. Sübh tezdən yola düşən Mark ayrılmazdan əvvəl qadınla bir neçə gündən sonra Parisdə görüşmək qərarına gəlir.
Silvi deyilən vaxtda görüş yerinə gəlsə də, Mark oraya çata bilmir. Sonradan itirdiyi həmin qadını axtarmağa başlayan kişi Sofi adlı başqa biri ilə tanış olur. Lakin Mark Sofinin əslində Silvinin doğma bacısı olduğundan tamamilə xəbərsizdir.
«3 coeurs» adlı dram filmi 2014-cü ildə Fransa, Almaniya və Belçikanın birgə istehsalı ilə lentə alınıb. Layihənin rejissoru Benua Jakodur. Əsas rolları Benua Pulvord, Şarlotta Qensbur, Kiara Mastroyanni və Katrin Denyov ifa ediblər.
«3 ürək» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 30 avqust 2014
- Rejissor
- Benua Jako
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj, iTunes
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın