
Yatağının altında
Tanış ətir qoxusu tənha Kim Ci-huna tələbəlik illərini xatırladır. Doqquz il əvvəl universitetdə sevdiyi şən və təbəssümlü qız onun yaddaşından heç vaxt silinməyib. Həmin qoxunu yenidən duyan gənc keçmiş hisslərinin arxasınca düşərək həmin qadını axtarıb tapmaq qərarına gəlir.
Lakin sevdiyi qadının indiki həyatında keçmiş sevincdən əsər-əlamət qalmayıb. Ci-hun onun yaşadığı evin yaxınlığında kiçik akvarium mağazası açır və qadının mənzilinə gizli kameralar yerləşdirir. Artıq iki ildir ki, o, kənardan heç nə edə bilmədən ərinin sevdiyi qadına hər gün şiddət göstərməsini və ona əzab verməsini izləyir.
«Yatağının altında» (Under Your Bed) filmi 2023-cü ildə Yaponiya və Cənubi Koreya tərəfindən birgə istehsal edilib. Rejissoru Sabu olan bu trillerdə baş rolları Li Ci-hun, Li Yun-u, Şin Su-han və Kim Su-o canlandırıb.
«Yatağının altında» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 dekabr 2023
- Ölkə
- Yaponiya, Cənubi Koreya
- Rejissor
- Sabu
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 99 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın