
Passaj
Malkolm uzun müddətdir həyatında heç bir məna görmür və onun içində azacıq da olsa hiss oyadan yeganə şey narkotiklərdir. Ətrafındakı hər şeydən əlini üzən gənc gözlənilməz bir addım atmaq qərarına gəlir. O, çantasına odlu silahlar və əldəqayırma bombalar yığaraq insanların sıx toplaşdığı ticarət mərkəzinə yollanır.
Silahlı birinin mərkəzə daxil olması mağazalara baş çəkən sakinlərin adi gününü alt-üst edir. Təsadüf nəticəsində oraya toplaşan və heç bir şeydən xəbəri olmayan ziyarətçilər hadisələrin mərkəzinə düşürlər. Bu gün təkcə hücum edən gəncin deyil, həmin məkanda olan hər kəsin taleyini büsbütün dəyişir.
«Passaj» (Mall) dram filmi 2014-cü ildə ABŞ-da istehsal olunub. Ekran əsərinin rejissoru Cozef Handır. Əsas rolları Ceyms Freşvill, Kameron Monahen, Ron Yuan və Bobbi Salvor Menues canlandırıblar.
«Passaj» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 18 iyun 2014
- Ölkə
- ABŞ
- Rejissor
- Joseph Hahn
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın