
Due Season
Gənc və istedadlı vokalçı Viki Uoters arzusunda olduğu konservatoriyaya qəbul olunur. Lakin atasının gözlənilməz vəfatı onun bütün planlarını alt-üst edir. Ailənin üzləşdiyi maddi çətinliklər səbəbindən qızın bu nüfuzlu təhsil ocağında dərslərinə davam etməsi təhlükə altına düşür.
Təhsil haqqını ödəmək və xəyallarından əl çəkməmək üçün o, mühüm musiqi yarışmasında birincilik qazanmalıdır. Qələbəyə doğru bu çətin yolda qospel janrında ifa etdiyi əsərlər gənc ifaçının ən güclü silahına və mənəvi dayağına çevrilir.
ABŞ istehsalı olan «Due Season» dram filmi 2022-ci ildə ekranlara çıxıb. Ekran əsərinin rejissoru Sesil Çembersdir, əsas obrazları isə Vivika A. Foks, Berri Şebaka Henli, Shanice Baeier və Darik Bernard canlandırıblar.
«Due Season» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 aprel 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Sesil Çembers
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 93 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın