
Bu gözəl axirət həyatı
Böyük Britaniyada məskunlaşan hindli ailə ənənələrinə sadiq qalaraq günlərini keçirir. Ailənin sözükeçən anası zahirən çox da cəlbedici olmayan qızını yaxşı bir namizədlə evləndirməyi ağlına qoyur. Bu arzusunu gerçəkləşdirmək istəyi o qədər ifrata çatır ki, qadın maneə kimi gördüyü insanları aradan götürərək silsilə qətllər törətməyə başlayır.
Lakin cinayətlərin ardınca gözlənilməz hadisələr cərəyan edir. Həyatını itirən qurbanların ruhları digər dünyaya keçə bilmir və qız ailə qurmayana qədər bu dünyada ilişib qalır. Beləliklə, ruhlar dinclik tapmaq üçün öz qatillərinin qızını ərə vermək səylərini müşayiət etməyə məcbur olurlar.
2009-cu ildə ekranlara çıxan «Bu gözəl axirət həyatı» (It's a Wonderful Afterlife) filmi Böyük Britaniya və Hindistan birgə istehsalıdır. Komediya, dram, qorxu və melodram janrlarını birləşdirən ekran işinin rejissoru Qurinder Çadhadır. Əsas obrazları Sanciv Bhaskar, Stiv Morfyu, Stiv Cons və Ceymi Sives canlandırıblar.
«Bu gözəl axirət həyatı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 26 yanvar 2010
- Ölkə
- Böyük Britaniya, Hindistan
- Rejissor
- Qurinder Çadxa
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın