
Təki qayıt!
Uşaq poliklinikasında tibb bacısı işləyən gənc Yuliya vaxtilə qanunsuz abort səbəbindən ölümdən dönüb. Keçmiş sevgilisi tərəfindən döyülüb küçəyə atıldığı vaxt Mixail adlı bir kişi onun tərəfini saxlayır. Bu gözlənilməz xilası şəxsi həyatını qurmaq üçün son fürsət hesab edən qız dərhal öz xilaskarına aşiq olur.
Mixailin ailəsində isə vəziyyət gərgindir: xəstə oğlu Kiryuşanın dərdi və arvadı Liza ilə bitməyən mübahisələr onu taqətdən salıb. Kişi əvvəlcə köməksiz qıza arxa durmağa çalışsa da, tezliklə böyük səhvə yol verdiyini anlayır. Çünki Yuliya onun həyat yoldaşı ilə poliklinikada tanış olub Lizanın rəfiqəsi qismində onların evinə ayaq açır.
2008-ci ildə çəkilmiş «Только вернись!» adlı Rusiya istehsalı dram filminin rejissoru Roman Fokindir. Ekran əsərinin baş rollarında Pavel Trubiner, Nataliya Antonova, Viktoriya Poltorak və Tatyana Taşkova çəkiliblər.
«Təki qayıt!» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 oktyabr 2008
- Ölkə
- Rusiya
- Rejissor
- Roman Fokin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 82 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın